“Turan” dağıla bilər
10.09.2011 - 18:01
“Turan” dağıla bilər
Son günlər maliyyə problemi ilə üzləşən Tovuzun "Turan" klubunda maddi vəziyyət daha da dərinləşib. Apasport.az saytının məlumatına görə, komandanın Premyer Liqanın V turu çərçivəsində sabah "Qəbələ" ilə oyuna çıxacağı sual altındadır.

Hələ də Tovuzda olan "Turan" klubunun Qəbələyə gedib-getməyəcəyi haqda heç bir məlumat verilməyib. Ancaq bu komandaların əvəzedici heyətləri arasındakı oyunun baş tutmayacağı isə artıq dəqiqləşib.
Klub prezidenti Musa Süleymanov da komandaya pul ayırmaqdan imtina edib.