16 dəqiqə oynadı, “5” aldı
12.09.2011 - 09:28
16 dəqiqə oynadı, “5” aldı
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin Türkiyə çempionatının aşağı dəstəsində debütü uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, Bank Asiya 1-ci Liqada çıxış edən yarımmüdafiəçi ilk turda özü haqda müsbət fikir formalaşdırıb.

Belə ki, “Ərciyəsspor” klubunda çıxış edən həmyerlimiz “Bucaspor”la qarşılaşmada cəmi 16 dəqiqə meydanda olub. Lakin 74-cü dəqiqədə “döyüşə atılan” Amitin meydana girməsindən sonra Kayseri təmsilçisi dönüş yarada bilib. Həmin ana qədər 0:1 hesabı ilə geridə olan qonaqlar artıq 77-ci dəqiqədə tarazlıq yaradıb.

Amitin səfər xalının qazanılmasındakı rolu Türkiyə mətbuatının da diqqətindən yayınmayıb. Futbolçuların əməyini dəyərləndirən həmkarlarımız Quluzadəyə “5” verib.