Premyer Liqada hər gün rekord yenilənir
12.09.2011 - 10:42
Premyer Liqada hər gün rekord yenilənir
Azərbaycan Premyer Liqasının V turu azarkeş sayındakı rekordun hər gün yenilənməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bu tura qədər mövcud olan mövsümün rekordu 2 dəfə yenilənib.

Belə ki, bu turadək ən çox azarkeş sayı III turda “Qarabağ”ın səfərdə “Kəpəz”i 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada qeydə alınmışdı – 10 000 nəfər. V turun ilk günündə keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçı Gəncədəki görüşü kölgədə qoydu – 12000 yamaşaçı.

Lakin bu rekord gəncəli futbolsevərlərin qarşısında cəmi 1 gün duruş gətirdi. Sentyabrın 11-də baş tutan “Kəpəz” AZAL matçında artıq 15000 azarkeş var idi. Lənkəran stadionunun eyni sayda azarkeş tutumuna malik olduğunu nəzərə alsaq Gəncədəki rekord ən yaxşı halda təkrarlana bilər.

“Kəpəz”in ev rekordu yalnız Tofiq Bəhramov adına Respublika stadionunda qırıla bilər. Lakin bu arena daha çox boş qalması ilə yadda qalır. Belə ki, mövsümün 2 ən az tamaşaçı toplayan görüşləri burada qeydə alınıb. “Bakı”nın “Kəpəz”lə IV, “Rəvan”la V turdakı görüşlərində vur-tut 300 nəfər olub.