“Neftçi”ni məğlub etdi, “Real”ı gətirir
12.09.2011 - 13:15
“Neftçi”ni məğlub etdi, “Real”ı gətirir
Sabah Çempionlar Liqasının növbəti mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, təsnifat mərhələsinin 10 ən yaxşı komandası qitənin 22 güclü kollektivinə qoşularaq qrup mərhələsinin ilk oyunlarına çıxacaqlar. Ənənəyə uyğun olaraq 8 qrupdan 4-ü sabah, 4-ü isə sentyabrın 14-də mübarizəyə başlayacaq.

İlk tur bır neçə maraqlı oyun vəd edir. Turun bəzəyi isə İtaliya və İspaniya çempionlarının qarşıdurması olacaq. “Milan”ı qəbul edən “Barselona” titulun son sahibi olduğunu sübut etməyə çalışacaq. Digər qarşılaşmalardan İngiltərə və Almaniya klublarının duelləri - “Çelsi” – “Bayer”, “Borussiya” – “Arsenal” görüşləri diqqəti cəlb edir. Azərbaycan çempionu “Neftçi”ni təsnifat mərhələsində mübarizədən kənarlaşdıran “Dinamo” isə Madrid “Real”ını Xorvatiyaya gətirəcək.

Çempionlar Liqası, I tur

13 sentyabr

E qrupu
23:45. “Genk” (Belçika) – “Valensiya” (İspaniya)
23:45. “Çelsi” (İngiltərə) – “Bayer” (Almaniya)


F qrupu
23:45. “Olimpiakos” (Yunanıstan) – “Marsel” (Fransa)
23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Arsenal” (İngiltərə)


G qrupu
23:45. APOEL (Kipr) – “Zenit” (Rusiya)
23:45. “Porto” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna)


H qrupu
23:45. “Viktoriya” (Çexiya) – BATE (Belarus)
23:45. “Barselona” (İspaniya) – “Milan” (İtaliya)


14 sentyabr

A qrupu
23:45. “Vilyarreal” (İspaniya) – “Bavariya” (Almaniya)
23:45. “Mançester Siti” – “Napoli” (İtaliya)


B qrupu
23:45. “İnter” (İtaliya) – “Trabzonspor” (Türkiyə)
23:45. “Lill” (Fransa) – MOİK (Rusiya)


C qrupu
23:45. “Benfika” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə)
23:45. “Bazel” (İsveçrə) – “Otselul” (Rumıniya)


D qrupu
23:45. “Ayaks” (Hollandiya) – “Lion” (Fransa)
23:45. “Dinamo” (Xorvatiya) – “Real” (İspaniya)