“Bakı”dan ayrıldı, “Spartak”la müqavilə imzaladı
12.09.2011 - 12:24
“Xəzər Lənkəran” və “Bakı”nın sabiq futbolçusu Radoslav Todorov özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı legioner karyerasını vətənində davam etdirəcək.
Todorovun “Çerno More”yə keçidi gündəmdə olsa da, bu, son anda baş tutmayıb. Sol cinah müdafiəçisi yetirməsi olduğu Varna “Spartak”ı ilə anlaşıb. O 1 illik rəsmi müqaviləyə imza atıb.
Qeyd edək ki, 2007-ci ilin yayından ölkəmizdə çıxış edən Todorov qışda “Bakı”ya keçənə kimi “Xəzər Lənkəran”ın şərəfini qoruyurdu. Baş məşqçi Mirça Rednikin sərəncamında görmək istəmədiyi solaxay futbolçu Lənkəran klubunun tarixində ən çox oyun keçirən legioner kimi rekordçudur.

0
0