Ceyhun Sultanov: Onları bu cür udacağımızı gözləmirdik
12.09.2011 - 11:58
“Pis oynamadıq. Meydanda açıq futbol gedirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.
Premyer Liqanın V turunda doğma meydanda AZAL-la qarşılaşan “Kəpəz” inamlı qələbə qazanıb. Paytaxt təmsilçisinin “Neftçi”ni yenməsindən sonra “təyyarəçilər”in bu uğuru Gəncədəki oyunda da davam etdirəcəyi gözlənilsə də, meydan sahibləri buna imkan verməyib.
Təcrübəli futbolçu rəqibin şanslarının olduğunu da etiraf edib: “Hər iki komandanın qol vurmaq və qələbə qazanmaq üçün imkanları oldu. Ancaq biz bundan yararlandıq, rəqib isə imkanlarından istifadə edə bilmədi. Açığı, bu cür qələbə qazanacağımızı gözləmirdik”.
Cari mövsümdə paytaxt təmsilçilərindən üçü ilə qarşılaşan “Kəpəz” bu oyunlardan maksimum xal toplayıb. Lakin futbolçu onlara qarşı xüsusi motivasiya ilə hazırlaşmadıqlarını bildirib: “Öz meydanımızda oynadığımıza görə, mütləq qələbə qazanmaq istəyirdik. Buna nail olduq. Hansısa xüsusi motivasiyadan, hazırlıqdan danışmaq yersizdir”.

0
0