“Onlar elə komandadır ki...”
12.09.2011 - 17:13
“Sumqayıt Şəhər” elə komandadır ki, gərək oyunun əvvəlində qol vurasan. Bundan sonra oyunu istədiyin kimi davam etdirə biləcəksən”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Son turda “Sumqayıt Şəhər” klubu ilə qarşılaşan Ağdam təmsilçisi gözlənilmədən heç-heçə edib. Əslində, çempionluq uğrunda mübarizə aparan Qurban Qurbanovun yetirmələrinin rahat qələbə qazanacağı düşünülsə də, oyun başladığı hesabla yekunlaşıb. Oyun haqda danışarkən İsmayılov rəqibin də zəif olmadığını bildirib: “Bizim erkən qol vurmağımız alınmadı. Rəqib də gənc futbolçulardan təşkil edilib və meydanda ürəklərini qoydular”.
Ötən mövsüm də çempionatın I dövrəsində heç də yaxşı təsir bağışlamayan “Qarabağ”ın analoji durumla üzləşdiyinə gəldikdə, futbolçu bunu qəbul etmədiyini deyib: “Düzdür, ötən mövsümün I dövrəsində zəif çıxış etdik. Ancaq həmin proses təkrarlanmayacaq. Futboldur, belə şeylər olur. Komandada yorğunluq var idi. Üstəlik zədəli futbolçularımızın sayı çoxdur. Halbuki biz yeni-yeni öz oyunumuzu tapırdıq”.

0
0