AFFA rəsmisi UEFA nümayəndəsi oldu
12.09.2011 - 14:14
AFFA rəsmisi UEFA nümayəndəsi oldu
UEFA-nın qərarına əsasən, oyun alqı-satqısının və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq məqsədilə şəbəkə yaradılır. Apasport.az saytının məlumatına görə, vu qərara uyğun olaraq, UEFA-nın üzvü olan bütün milli assosiasiyalarda oyunların alqı-satqısının və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün UEFA tərəfindən nümayəndə təyin olunub.

AFFA-da bu məsələ ilə bağlı UEFA-nın nümayəndəsi AFFA-nın hüquqşünası Rəmiş Təzəxan oğlu Malıyev təyin edilib. Şəbəkənin fəaliyyətə başlaması ilə əlaqədar, sentyabr 14-15-də İsveçrənin Nyon şəhərində UEFA-nın ilk işçi seminarı keçiriləcək. Həmin seminarda Rəmiş Malıyev də iştirak edəcək.

Mənbə: affa.az