“Bakı”nın futbolçusu qışa qədər oynamayacaq
12.09.2011 - 15:42
Azərbaycan milli komandasının və “Bakı”nın yarımmüdafiəçisi braziliyalı Fabio Luis Ramimin zədəsi olduqca ciddidir. Apasport.az saytının məlumatına görə, yığmanın toplanışı zamanı zədə alan futbolçunun durumunda irəliləyiş yoxdur.
Belə ki, o hazırda nə komanda ilə birgə, nə də fərdi planda məşq edə bilir. Yalnız trenajor zalında hazırlaşan futbolçu bu yolla fiziki vəziyyətini sabit saxlamağa cəhd göstərir. Onun ən azından ay yarım, ən pis halda isə yanvara qədər oynamayacağı gözlənilir.
Fabiodan fərqli yığmanın toplanışında zədə alan digər futbolçunun vəziyyəti isə qənaətbəxşdir. AFFA tərəfindən Türkiyədə müalicə kursu keçmiş yarımmüdafiəçi Elvin Məmmədov hazırda özünü yaxşı hiss edir. 23 yaşlı futbolçu fərdi planda hazırlığa yekun vuraraq, komanda ilə birgə məşqlərə başlayıb.
Qeyd edək ki, “Bakı”nın baş məşqçisi Aleksandr Starkov bu iki futbolçunun yoxluğuna görə ciddi narahatlıq hissi keçirir.

0
0