“Doğulduğum torpağa öz borcumu verməliyəm”
12.09.2011 - 16:05
“İki gün öncə “Karvan” klubunun himayədarı Şahmir Vəliyevlə son söhbətim oldu. Onunla son görüşümüzdən sonra bu komandada oynamağa razılıq verdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığma komandasının sabiq futbolçusu Kənan Kərimov deyib.
35 yaşlı hücumçu karyerasının son illərini I divizionda keçirmək məcburiyyətində qalıb Belə ki, uzun müddət elita klublarının formasını geyinmiş hücumçu cari mövsümdən I divizionun iddialı təmsilçisi “Karvan”ın kapitan sarğısını daşıyacaq.
Kənan “Karvan”a keçidi barədə danışarkən deyib ki, bu komandada hər hansı şəxsi məqsəd güdmür: “Komanda ilə ilk məşqimə də çıxmışam. Burada futbolu bilən insanların toplaşması məni sevindirir. Bildiyiniz kimi, “Karvan” mənim doğma şəhərim Yevlaxı təmsil edir. Mən bura hər hansı maddi qazanc dalınca gəlməmişəm. Heç bu barədə düşünmürəm də. Əsas məsələ mənəvi borcdur. Mən doğulduğum, qidalandığım rayonun torpağına öz borcumu verməliyəm. İnşallah, bu komandanı elitaya çıxararıq”.
Qeyd edək ki, Kərimov “Viləş” (Masallı), “Karvan” (Yevlax), “Qarabağ” (Ağdam), “Turan” (Tovuz) “Qəbələ”, “Kəpəz” (Gəncə) kimi klubların formasını geyinib.

0
0