Əvvəl Mişel Platini, sonra Azərbaycan yığması
12.09.2011 - 15:18
UEFA prezidenti Mişel Platini Türkiyəyə səfər edəcək. Apasport.az saytının məlumatına görə, fransalı futbol funksioneri oktyabrın 7-də baş tutacaq Avro-2012-nin seçmə mərhələsinin Türkiyə - Almaniya matçını izləyəcək.
İstanbulun “Türk Telekom” stadionunda keçiriləcək matçda iştirak edəcək Platini əfsanəvi qapıçı Rüştü Rəcbərə də mükafat verəcək. UEFA başçısı Türkiyə yığmasında ən çox – 118 matç keçirən qolkiper bu xidmətinə görə mükafatlanacaq.
Qeyd edək ki, Türkiyə yığması Platininin izlədiyi Almaniya ilə matçdan 3 gün sonra Azərbaycan yığması ilə görüşəcək.

0
0