Kovaçeviç Azərbaycan yığmasını təriflədi
12.09.2011 - 18:22
Kovaçeviç Azərbaycan yığmasını təriflədi
“Avropa çempionatının final mərhələsində çox çətin qrupa düşmüşük. Rəqiblərimizin hər ikisi son qitə birinciliyinin yarımfinalçısıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Serbiya milli komandasının baş məşqçisi Asa Kovaçeviç deyib.

O, gələn il Xorvatiyada keçiriləcək Avro-2012-nin final mərhələsinin qrup oyunlarındakı rəqibləri haqqında danışıb: “Həm Portuqaliya, həm də Azərbaycan yığması yüksək səviyyəli komandadır. Pireneylilər ümumiyyətlə futzal nəhəngidir, uzun illərdir ki inkişaf edirlər. Onlar final mərhələsində də çempionluğa namizədlərdəndirlər. Azərbaycan isə çox sayda milliləşən braziliyalıya malikdir. Əslində bizim bəxtimiz gətirib ki, bura qədər gəlib çıxmışıq. Lakin çalışacağıq ki, azarkeşlərimizi yenidən sevindirək”.