Azərbaycan yığması FİFA reytinqində 15 pillə irəliləyəcək
12.09.2011 - 16:12
Azərbaycan milli komandası FİFA reytinqində 15 pillə irəliləyəcək. Apasport.az saytının məlumatına görə, dünya futbol qurumu öz reytinqini sentyabrın 21-də açıqlamalı olsa da, həmin siyahı artıq indidən məlumdur.
Belə ki, www.football-rankings.info saytı 9 gün əvvəldən FİFA reytinqini hesablayaraq açıqlayıb. Cədvəldə birinci yerdə əvvəlki kimi İspaniya komandası qərarlaşıb. Azərbaycan yığması isə 97-ci sıradadır. Ötən reytinqlə müqayisədə 15 pillə irəliləyən millimiz buna Avro-2012-nin seçmə mərhələsinin son 2 oyunu sayəsində nail olub. Belçika (1:1) və Qazaxıstanla (3:2) keçirdiyi son iki oyununda millimiz ümumilikdə dörd xal toplayaraq qrupdakı xal ehtiyatını 7-yə çatdırması reytinqdə də əksini tapıb.
Qeyd edək ki, dünya sıralamasında sonuncu olan 203-cü yeri San-Marino millisi tutur.

0
0