Alessandro Viana da Silva: “Neftçi” məğlubiyyətə layiq deyildi
12.09.2011 - 17:41
Alessandro Viana da Silva: “Neftçi” məğlubiyyətə layiq deyildi
“Biz məğlubiyyətə layiq deyildik. Əminliklə deyə bilərəm ki, “Neftçi” daha yaxşı oynadı”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin braziliyalı futbolçusu Alessandro Viana da Silva deyib.

Müdafiəçi klubun rəsmi saytına açıqlamasında bildirib ki, hesabat turunda “Xəzər Lənkəran”a 0:1 hesabı ilə məğlub olduqları oyunda yan xətt hakimi kobud səhvə yol verib: “Bizim təmiz qolumuzu saymadılar. Slavço Georgievskinin qol vurduğu epizodda oyundankənar vəziyyətdə deyildim. Flavinyo topu mənə atanda, rəqib müdafiəçi ilə eyni xətdə dayanmışdım. Bu, videotəkrardan da açıq-aşkar görünür. Hər kəs gördü, təkcə yan hakimdən başqa. Mənə təsir edən budur ki, təmiz qolumuzun hesaba alınmaması bir tərəfə, təsadüfi qolla məğlub olduq”.

Qeyd edək ki, qarşılaşmada Ruslan Abışov avtoqol müəllifi olmuşdu.