Təxirə salınmış görüş Elnur Muradova tapşırıldı
12.09.2011 - 17:51
Azərbaycan Premyer Liqasının IV turunun təxirə salınmış “Sumqayıt Şəhər” – “İnter” qarşılaşmasını idarə edəcək hakimlər briqadası məlum olub. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 14-də keçiriləcək qarşılaşmada əsas fit sahibi Elnur Muradov olacaq.
Köməkçi hakim funksiyasını Ramiz Əsədov və Elşən Acalov yerinə yetirəcəklər. Fuad Həsənov isə ehtiyat hakim olacaq.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək.

0
0