Azərbaycan yığması dünyanın 16-cı komandasıdır
13.09.2011 - 09:59
Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması planetin ən güclüləri sırasında 16-cı pillədə qərarlaşıb. Hesabında 2062 xal olan Joze Alessio da Silvanın yetirmələri Avropa yığmaları arasında 9-cu pillədə qərarlaşıb.
Gələn ilin fevralında Avro-2012-nin final mərhələsini qəbul edəcək Xorvatiyanı 1 pillə qabaqlayan millimiz qrupdakı rəqiblərindən geri qalır. Belə ki, Portuqaliya 2250 xalla dünyada 3-cü, qitədə 2-cidirsə, 2072 xala malik Serbiya planetin 12-cisi, Avropanın 6-cısıdır.
Qeyd edək ki, planetin ən güclüləri siyahısına Braziliya (2340) və İspaniya (2332) başçılıq edir.

0
0