Səmədov: İndi Rusiya yığmasına çağırılmaq üçün çalışıram
13.09.2011 - 09:35
“Azərbaycan milli komandasında çıxış etməklə bağlı mənə o qədər müraciət ediblər ki... Sonuncu dəfə bu yaxınlarda söhbətimiz oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Dinamo” klubunun futbolçusu Aleksandr Səmədov deyib.
Azərbaycanlı futbolçu şimal qonşularımızın mətbuatına açıqlamasında yığmamızda oynamağa tələsmədiyini açıqlayıb: “Lakin federasiyanın rəhbərliyi mənim mövqeyimi bilir. Mən hələlik hər hansı addım atmaq istəmirəm. Çünki indi Rusiya yığmasına çağırılmaq üçün çalışıram. Azərbaycanı seçəcəyim halda Rusiyada legioner statusu alacağım isə mənim üçün hal-hazırda heç bir əhəmiyyət kəsb etmir. Bu haqda heç düşünmürəm də”.
Qeyd edək ki, Aleksandr yalnız 1 dəfə - 2003-cü ilin avqustunda yığmamızın təlim-məşq toplanışında iştirak edib, lakin hər hansı matçda meydana çıxmayıb.

0
0