Avro-2012-nin final mərhələsi Azərbaycan kanallarında
13.09.2011 - 10:32
UEFA daha 2 televiziya şirkətinin Avro-2012-nin final mərhələsinin eksklüziv yayım hüququna yiyələndiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Dövlət Teleradio Şirkəti AzTV və “Qazaxıstan” Respublikası teleradio korporasiyası ilə Avropa futbol qurumu arasında müqavilə imzalanıb.
Anlaşmaya əsasən final mərhələsinin 31 oyunu bu 2 ölkədə pulsuz kanallarla yayımlanacaq. Azərbaycanda Ukrayna və polşadakı yarışı AzTV və onun əsas idman kanalı olan “İdman Azərbaycan” göstərəcək. Hər 2 kanal çempionatın gündəliyini, həmçinin oyunların şərhlərini də nümayiş etdirəcək.
Qeyd edək ki, Avro-2012-nin final mərhələsi gələn il iyunun 8-dən iyulun 1-dək keçiriləcək.

0
0