6 oyundan 5-i “Dalğa Arena”da
13.09.2011 - 10:42
6 oyundan 5-i “Dalğa Arena”da
Azərbaycanın 17 yaşadək qızlardan ibarət komandasının Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacağı 9-cu qrupun oyunlarının başlanma vaxtı və keçiriləcəyi stadionlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, görüşlərin demək olar hamısı yeni açılan, milli komandamızın da oynadığı “Dalğa Arena”da keçiriləcək. Yalnız son gün istisna olacaq ki, nəticədə seçmə mərhələnin 1 oyunu AZAL klubunun stadionunda baş tutacaq. Bu da onunla bağlıdır ki, qaydaya görə, son matçlar eyni vaxtda başlanmalıdır və ona görə də hər 2 görüşü “Dalğa Arena”da keçirmək mümkün olmayacaq.



30 sentyabr
11:00. Ukrayna – Azərbaycan
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu

14:00. İspaniya – Bosniya və Herseqovina
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu

2 oktyabr
13:00. Bosniya və Herseqovina – Ukrayna
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu

16:00. İspaniya – Azərbaycan
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu

5 oktyabr
16:00. Azərbaycan – Bosniya və Herseqovina
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu


16:00. Ukrayna – İspaniya
Şüvəlan qəsəbəsi. AZAL stadionu

Mənbə: affa.az