“İnter”in Sumqayıt sınağı, debutant ilk qələbə arzusunda
13.09.2011 - 11:30
“İnter”in Sumqayıt sınağı, debutant ilk qələbə arzusunda
Sabah Azərbaycan Premyer Liqasında növbəti oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, IV turdan təxirə salınan “Sumqayıt Şəhər” – “İnter” qarşılaşmasından sonra bu 2 komanda da oyun sayında digərlərinə çatacaq.

Səfərdə oynayan 2 qat ölkə çempionu “İnter” bu matçda qalib gəlməklə mövqeyini xeyli yaxşılaşdıra bilər. 3-cü pilləyə şərik olmaq imkanı olan bakılılar xal itirəcəyi halda liderdən lap uzaq düşə bilər.

İlk xalını ötən tur qazanan sumqayıtlılar isə “Qarabağ”ın ardından “İnter”i də büdrətməyə çalışacaq. Premyer Liqanın debütantı elitadakı ilk qələbəsini qazanmaqla son pillədən qurtula bilər.

Qeyd edək ki, bu oyundan sonra Premyer Liqada təxirə salınan yalnız 1 oyun qalacaq. Bu, ilk turdan təxirə salınan “Neftçi” - “Qarabağ” qarşılaşmasıdır.

14 sentyabr (çərşənbə)
17:00. "Sumqayıt Şəhər" - "İnter"

Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Elşən Acalov, Fuad Həsənov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

1
Xəzər Lənkəran
5
4
1
0
10-3
13
2
Qəbələ
5
3
2
0
6-3
11
3
Kəpəz
5
3
0
2
11-8
9
4
Bakı
5
2
2
1
6-5
8
5
Qarabağ
4
2
1
1
3-2
7
6
AZAL
5
2
1
2
8-8
7
7
Neftçi
4
2
0
2
6-4
6
8
Turan
5
2
0
3
6-7
6
9
İnter
4
2
0
2
2-4
6
10
Rəvan
5
0
2
3
6-9
2
11
Simurq
5
0
2
3
1-6
2
12
Sumqayıt Şəhər
4
0
1
3
2-8
1