PFL təqvimi dəyişdirdi
13.09.2011 - 12:13
PFL təqvimi dəyişdirdi
Azərbaycan Premyer Liqasının VIII turunun oyunlarının vaxtında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, buna Azərbaycan milli komandasının Avro-2012-in seçmə qrup mərhələsində keçirəcəyi görüşlər səbəb olub.

Belə ki, yığmamızın oktyabrın 7-də Bakıda Avstriya, 4 gün sonra isə İstanbulda Türkiyə ilə matçlara hazırlaşacağını nəzərə alındığından VIII turunun bütün görüşlərinin sentyabrın 30-a keçirilməsi qərara alınıb.