“Bizi “Xəzər Lənkəran”la çətin görüş gözləyir”
13.09.2011 - 12:21
“Bizi “Xəzər Lənkəran”la çətin görüş gözləyir”
“Həmin anda rəqib futbolçu gözümə zərbə endirdi. Zərbə şiddətli alındı”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu İlqar Qurbanov deyib.

25 yaşlı yarımmüdafiəçi hesabat turunda “Sumqayıt Şəhər”lə matçın ilk yarısında məcburi əvəzlənməsinə münasibət bildirib.

Klubunun rəsmi saytına açıqlama verən Qurbanov bildirib ki, ilk öncə kəskin ağrı hiss edib: “Lakin hakim heç cərimə də qeydə almadı. Bir qədər oyunu belə davam etdirdim. Getdikcə zərbə dəyən gözümün üstü təmamilə örtüldü. Heç nə görə bilmədim. Ona görə əvəzlənməli oldum. Dünən məşq etmədim. Amma bu gündən məşqlərə başlayacam. İnanıram ki, “Xəzər-Lənkəran”la oyuna qədər tam sağalacam. Sonuncu turda heç bəxtimiz gətirmədi. Haradasa 10-a yaxın qol epizodumuz oldu. Elə bir dəfə də mən fərqlənə bilərdim. Amma rəqib qapıçı çox əla oynadı”.

İlqar növbəti turda qarşılaşacaqları “Xəzər Lənkəran”la görüşün çətin keçəcəyini deyib: “Düzdür, bütün oyunlarda qələbə qazanmağa çalışırıq. Amma belə itkilər də qaçılmazdı. “Xəzər Lənkəran”la oyun maraqlı olacaq. Bizi çətin görüş gözləyir. Rəqib hazırda liderdir. Sürətli futbol sərgiləyir. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq”.