“Qarabağ”ın Bakıda oynayacağı rəsmiləşdi
13.09.2011 - 12:26
"Qarabağ" növbəti 2 ev oyununu Ağdamın Quzanlı qəsəbəsində yerləşən İdman Olimpiya Kompleksinin stadionunda keçirməyəcək. Apasport.az saytının məlumatına görə, sifariş ərizəsində bu arenanı əsas, Bakıdakı Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu ehtiyat stadion kimi göstərən əyalət təmsilçisi qarşıdakı rəqiblərini paytaxtda qəbul edəcək.
Hal-hazırda Quzanlı qəsəbə stadionunun meydançasının ot örtüyündə bərpa işləri aparıldığından klub Peşəkar Futbol Liqasına müraciət edib. Qurum bunu nəzərə alaraq Premyer Liqanın VI turunun "Qarabağ" - "Xəzər Lənkəran" və VIII turun "Qarabağ" - "Turan" oyunu matçlarının Bakıda keçirilməsinə icazə verib.
Qeyd edək ki, bu matçlar müvafiq olaraq sentyabrın 17-də və 30-da keçiriləcək.

0
0