“Bakı” ev oyunlarını yeni stadionda keçirəcək
13.09.2011 - 12:39
Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 1-dən etibarən mərkəzi arenada oyunlar keçirilməyəcək.
Stadion rəhbərliyi artıq bu barədə ev oyunlarını mərkəzi arenada keçirən “Bakı” və “Neftçi” klublarına məlumat verib. Həmin klublar da öz növbələrində alternativ variantlara əl atıblar.
“Neftçi”nin bir neçə variant olsa da, “Bakı”nın seçim imkanı yoxdur. Belə ki, paytaxtın eyniadlı komandası ev oyunlarını yenicə istifadəyə verilmiş bazasında keçirmək məcburiyyətindədir.
Bazada ev oyunlarını keçirmək üçün təbii örtüklü meydança var. Hətta stadion elektron tablo ilə də əhatə olunub. Sadəcə, tribunalar Premyer Liqanın standartlarına uyğun gəlmir. Buradan ən yaxşı halda, 1200-ə qədər tamaşaçı oyunu canlı izləmək imkanına malikdir.
Qeyd edək ki, Respublika Stadionunda təmir işləri başa çatdıqdan sonra “Bakı” qonaqlarını yenə də bu arenada qəbul edəcək.

0
0