Amit Quluzadə Türkiyədə rekord vurdu
13.09.2011 - 13:41
Amit Quluzadə Türkiyədə rekord vurdu
Bank Asiya I Liqasında keçirilən ilk turdan sonra Türkiyə mətbuatı arxada qalan oyunları təhlil edir. Apasport.az saytının məlumatına görə, həmkarlarımız startla bağlı müxtəlif göstəriciləri araşdıraraq, rekordçuları və fərqlənənləri müəyyənləşdirib.

“Ərciyəsspor” klubunda forma geyinən Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə də rekordçular arasında yer alıb. “Bucaspor”la görüşdə meydana çıxan yarımmüdafiəçi mövsümün ən gənc futbolçularından olub. O, “Bucaspor”lu Melih Vardar, “Kartalspor”lu Ethem Ərcan Pülgirlə yanaşı, 18 yaşlılardan ibarət “3-lük”də qərarlaşıb.