Narkoman əvəzinə azərbaycanlı futbolçu
13.09.2011 - 13:57
Azərbaycan yığmasının futbolçusu Amit Quluzadənin transferi “Ərciyəsspor” klubunun iddialarına təsir edib. Apasport.az saytının məlumatına görə, türkiyəli həmkarlarımız Bank Asiya I Liqanın ilk turunu dəyərləndirərək, Kayseri təmsilçisinin Superliqaya qayıtmaq iqtidarında olduğunu düşünürlər.
Komandanın ayrı-ayrı xətlər üzrə nəyə qadir olduğunu təhlil edən media mənsubları yarımmüdafiədəki boşluqları aradan qaldıra bilən istedadın tapıldığı qənaətindədir. Onların fikrincə, məhz Amit lazım olan mövqeni gücləndirməlidir: “Ərciyəsspor”un əsas “silah”larından olan Hassan Vassvanın narkoman çıxdığı üçün həbs olunmasından sonra boş qalan orta sahəni 2 oyunçu doldura bilər. Bunlar Camal Taşlı ilə azərbaycanlı futbolçu Amit Quluzadədir”.
Qeyd edək ki, Quluzadə bu yay “Neftçi”dən “Ərciyəsspor”a transfer olunub.

0
0