Yığmamızın baş məşqçisi “Beşiktaş”ın sabiq kapitanına dərs keçir – FOTOSESSİYA
13.09.2011 - 15:27
Yığmamızın baş məşqçisi “Beşiktaş”ın sabiq kapitanına dərs keçir – FOTOSESSİYA
Sentyabrın 9-dan etibarən Bakı şəhərində UEFA-nın B kateqoriyalı məşqçi kursları başlayıb. Apasport.az saytının məlumatına görə, AFFA tərəfindən təşkil olunan kurslara almaniyalı mütəxəssis Nikolay Adam rəhbərlik edir. Onun dərs keçdiyi məşqçilər arasında tanınmış türkiyəli futbolçu İbrahim Üzülməz də var. “Beşiktaş”ın sabiq kapitanı məhz yığmamızın çalışdırıcısından nəsə öyrənməyə qərar verərək ölkəmizə gəlib.

Qeyd edək ki, məşğələlər sentyabrın 22-də başa çatacaq.