Milli komandamızın oyunu saat 15:00-da
13.09.2011 - 15:35
Milli komandamızın oyunu saat 15:00-da
Azərbaycan milli komandasının (U-21) növbəti oyununun vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri Avro-2013-ün seçmə mərhələsindəki 3-cü matçını Mərdəkanda keçirəcək.

Norveçlə oktyabrın 6-da keçiriləcək matç “Dalğa Arena”da baş tutacaq. Görüş saat 15:00-da başlayacaq.

Qeyd edək ki, ilk 2 matçını səfərdə keçirən yığmamız İngiltərəyə 0:6, Belçikaya 1:4 hesabı ilə uduzub.