“Sumqayıt Şəhər” oyuna yalnız qələbə üçün çıxacaq”
13.09.2011 - 15:42
“Qarabağ”la qarşılaşmada komandamız əzmkar oyun nümayiş etdirdi. İlk xalımızı qazandığımız üçün klubda əhval-ruhiyyə yüksəkdir”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt Şəhər”in futbolçusu Samir Abasov deyib.
Milli komandamızın sabiq üzvü Sumqayıt təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib ki, sabah baş tutacaq IV turdan təxirə salınmış “İnter”lə oyuna yalnız 3 xal üçün çıxacaqlar: “Bir vaxtlar bu komandanın şərəfini qorumuşam. “İnter” Premyer Liqada hər zaman çempionluğa oynayıb. Ona görə qarşılaşma bizim üçün çox çətin keçəcək. “Sumqayıt Şəhər” isə oyuna yalnız qələbə üçün çıxacaq. İnşallah, doğma meydançamızda azarkeşlərimizi yenə sevindirərik”.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun 17:00-da başlayacaq.

0
0