Legioner və yerli futbolçular arasında uçurum
13.09.2011 - 15:55
Azərbaycan Premyer Liqasının geridə qalan 5 turunda vurulan qollarla bağlı statistik göstəricilər açıqlanıb. Apasport.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi internet saytı keçirilən 28 qarşılaşma ilə bağlı hesablamalar aparıb.
Bu oyunlarda qapılara 67 qol vurulub. III turda “İnter”-“Bakı” qarşılaşmasında ev sahibi komanda meydanı oyun başa çatmamış tərk etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət almışdı. Bundan əlavə, mövsümdə 2 avtoqol da qeydə alınıb. “Simurq”un kapitanı Rasim Ramaldanov və “Neftçi”nin müdafiəçisi Ruslan Abışov hərəyə bir dəfə qapıları səhv salıb.
Beləliklə, geridə qalan turlar ərzində qapılara vurulmuş 64 qoldan 43-ü legionerlərin, 21-i isə yerli futbolçuların aktivinə yazılıb. Bu isə legioner və yerli oyunçular arasında ciddi fərqin, hətta uçurumun olduğunu göstərir. 2 dəfədən də böyük olan fərq bir yana, öz oyunçularımız 28 matçda 21 dəfə, yəni orta hesabla 0,75 dəfə fərqləniblər. Üstəlik, milliləşən legionerlərin də qolları bu “21”ə aiddir.
Legioner futbolçuların siyahısında bombardir Sergey Artyuxdur. “Turan”ın ukraynalı yarımmüdafiəçisi 5 oyunda 4 dəfə rəqib qapılarına yol tapmaqla həm də Premyer Liqada da ən sərrast futbolçuların siyahısına başçılıq edir. Ən çox qol vuran yerli futbolçusu isə Ceyhun Sultanovdur. “Kəpəz”in yarımmüdafiəçisi cari çempionatda 3 dəfə fərqlənib.
Ayrı-ayrı turların məhsuldarlığına gəlincə isə rekord III turda qeydə alınıb – 15 qol. I və II turlarda 12, IV turda 11, V turda isə 14 qol vurulub.

0
0