“Biz onların müdafiə səddini yaracağıq”
13.09.2011 - 23:01
“Biz onların müdafiə səddini yaracağıq”
“Sumqayıt Şəhər” gənclərdən təşkil edilmiş komandadır. Aralarında yaxşı futbolçular da var”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in yarımmüdafiəçisi Samir Zərgərov deyib.

Cari ildən “İnter”in formasını geyinən müdafiəçi bu gün IV turdan təxirə salınmış oyunda “Sumqayıt Şəhər”i yenəcəklərinə inandığını bildirib. Futbolçu rəqib meydanına ancaq qələbə qazanmaq üçün çıxacaqlarını vurğulayıb. Son turda “Simurq” üzərində qazanılan minimal hesablı qələbə komandada əhval-ruhiyyəni yüksəldib: “Buna baxmayaraq, biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hazırda komandada əhval-ruhiyyə də yaxşıdır. Oyunçular ancaq qələbəyə köklənib”.

Son oyunda “Sumqayıt Şəhər”in çempionluq uğrunda mübarizə aparan “Qarabağ”la dueldən xalla ayrılmasına da toxunan Zərgərov rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkməyəcəklərini də bildirib: “Son turda “Sumqayıt Şəhər”in müdafiədən oynadığını gördük. Ancaq biz onların müdafiə səddini yaracağıq və qollarımızı sıralayacağıq”.