“Neftçi”dən Cavid Hüseynova sərt cəza
13.09.2011 - 16:43
“Neftçi”dən Cavid Hüseynova sərt cəza
Bu gün “Neftçi”nin rəhbərliyi, məşqçilər korpusu və komandanın aparıcı futbolçularının iştirakı ilə yığıncaq keçirilib. Apasport.az-ın məlumatına görə, iclasda bir çox məsələlər müzakirə edilib.

Futbolçu Cavid Hüseynovun klubun daxili intizam kodeksini pozduğuna görə əvəzedici heyətə göndərilməsi ilə bağlı qərar qəbul olunub. Yarımmüdafiəçi bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: “Klub rəhbərliyinin qərarına hörmətlə yanaşıram. Əvəzedici heyətdə çıxış etməyə hazıram”.