Jaba: Çempion olacağıq
13.09.2011 - 17:30
“Hər gün məşqlərimi davam etdirirəm. Əsas problem fiziki hazırlıqla bağlıdır. Ona görə də bazada fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında çalışıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın hücumçusu Jaba deyib.
Gəldiyi gündən komandasının əsas qol ümidi sayılan, amma yayda hazırkı baş məşqçi Aleksandr Starkov tərəfindən transferə çıxarılan braziliyalı futbolçudan ayrılmaq, deyəsən asan olmayacaq. Təsadüfi deyil ki, Jaba yenidən “zolaqlılar”ın düşərgəsinə dönüb. Ötən həftə əvəzedici komandanın heyətində meydana çıxan hücumçu ən azı daha 2 oyunda ehtiyat komandanın formasını geyinəcək: “Hələ əsas komandanın heyətində oynayacağım inandırıcı deyil. İki həftə sonra tam formada olacam”.
Təcrübəli futbolçu həftəsonu əvəzedicilərin heyətinə meydana çıxacağını qeyd edib: “Yenə əvəzedicilərin heyətində meydana çıxacağım dəqiqdir. Heyətə gəldikdə, indi fərqli komandamız var. Yaxşı heyətin formalaşdığını deyə bilərəm. Bu futbolçularla çempion olacağımızı düşünürəm”.

0
0