UEFA seytnota düşdü: “Seltik”, yoxsa “Syon”?
13.09.2011 - 17:43
UEFA çətin vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumunu məhkəməyə verən İsveçrənin “Syon” klubu bu prosesdə qalib gəlib. Bununla da UEFA seytnota düşüb.
Məsələ ondadır ki, Avroliqanın IV təsnifat mərhələsində Şotlandiya “Seltik”i ilə qarşılaşan isveçrəlilər 2 oyunun nəticəsinə əsasən (0:0, 3:1) mərhələ adlamışdı. Lakin adı sifariş ərizəsinə daxil edilməyən oyunçuların xidmətindən yararlanan isveçrəlilər UEFA tərəfindən cəzalandırılmışdı. Qurum “Syon”u qrup mərhələsinə buraxmayıb bu hüququ “Seltik”ə vermişdi.
Bu qərarı ədalətsiz sayan isveçrəlilər məhkəmədə haqlarını qorumağı bacarıb. İndi məhkəmənin qərarına görə onlara verilən haqsız məğlubiyyət ləğv olunmalıdır. Belə olan halda qrup mərhələsində oynamalı olan “Syon”un “Seltik”i necə əvəzləyəcəyi isə bilinmir. Ən dəhşətlisi isə qrup mərhələsinin ilk matçına cəmi 2 gün qalıb. İspaniyada “Atletiko”nun qonağı olan “Seltik”in meydana çıxıb-çıxmayacağı, yoxsa “Syon”un Madriddə peyda olacağı ilə vbağlı UEFA hələ qərar verə bilmir.

0
0