Azərbaycan yığmasına 2 qol vurdu, “Arsenal”la anlaşdı
13.09.2011 - 18:00
İngiltərə milli komandasının futbolçusu (U-21) Henri Lansburi “Arsenal” klubu ilə uzun müddətli müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, London təmsilçisi “Vest Hem”ə icarəyə verdiyi yetirməsi ilə vidalaşmaq fikrində deyil.
2007-ci ildən “topçular”a məxsus olan, lakin müxtəlif klublarda icarə əsasında çıxış edən Henri “Arsenal”ın əsas heyətində cəmi 6 oyun keçirib. Lakin ona böyü ümidlər bəsləyən londonlular 20 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə bağlamağı zəruri sayıb.
Qeyd edək ki, Lansburi sentyabrın 1-də Azərbaycan və İngiltərə yığmalarının Avro-2013-ün seçmə mərhələsinin oyununda 2 qol vuraraq millimizin darmadağınında (6:0) pay sahibi olmuşdu.

0
0