Girts Karlson: Bizə daha çox qol vurmaq lazımdır
14.09.2011 - 08:46
Girts Karlson: Bizə daha çox qol vurmaq lazımdır
“Biz Gürcüstanda yaxşı hazırlaşdıq. Orada lazımi şərait vardı. İndi elə etmək lazımdır ki, hazırlıq hədər yerə getməsin. Bu hazırlığın “Simurq”la oyunda bizə nə dərəcədə kömək etməsindən danışmaq çətindir, lakin istənilən halda bizə əlverişli vəziyyətlər yaratmaq və daha çox qol vurmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in futbolçusu Girts Karlson deyib.

Hücumçu klubun rəsmi saytına açıqlamasında bildirib ki, bu gün IV turdan təxirə salınmış “Sumqayıt Şəhər”lə görüş hər bir nəticə qeydə alına bilər: “Onlar son oyunu uğurla başa vurublar, qapıçıları əla oynadı. Biz səfərə 3 xal ardınca gedirik, ancaq bilirsiniz, top yumrudur və futbolda hər şey olur”.

Qeyd edə ki, “Sumqayıt Şəhər” – “İnter” görüşü bu gün 17:00-da start götürəcək.