Bakıya başsız yığma gəlir
14.09.2011 - 10:01
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığması baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, tsiklin sonunda başa çatacaq müqaviləsi yenilənməyəcəyi rəsmən açıqlanan Ditmar Konstantini postunu tərk edib.
O, seçmə mərhələnin sonuna kimi gözləməyi yersiz sayıb. Bu isə o deməkdir ki, Avstriya oktyabrın 7-də Bakıda keçiriləcək qarşılaşmaya Konstantinisiz gələcək. Avstriya yığmasını son 2 matça – Azərbaycan və Qazaxıstanla oyunlara futbol federasiyasının idman direktoru Villi Ruttenştayner çıxaracaq.
Qeyd edək ki, 2009-cu ildən baş məşqçi olan Konstantini yığmanı 23 oyuna çıxarıb. Bu görüşlərdən birində millimiz Vyanada məğlub edilib – 3:0.

- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
- Moriyasu məsuliyyəti üzərinə götürdü - Yaponiya xalqından üzr istədi
0
0