Mirça Luçesku Ukraynada rekordçu oldu
14.09.2011 - 10:22
Məşhur rumıniyalı mütəxəssis Mirça Luçesku Ukraynada rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin “Porto” ilə Portuqaliyadakı oyunu “Şaxtyor”un baş məşqçisi üçün bu postda 359-cu qarşılaşma olub. Bununla da Luçesku Donetsk təmsilçisinin tarixində ən çox oyun keçirən baş məşqçi adına şərik olub.
Belə ki, 7 ildən bir az çox müddətdə baş məşqçi olan rumıniyalı 359-a çatmaqla Oleq Oşenkovun nəticəsini təkrarlayıb. Lakin 10 il baş məşqçi olan həmkarı ilə müqayisədə Luşesku daha uğurlu çalışdırıcı sayılır. Rumıniyalının 247 , Oşenkovun 134 qələbəsi var. Qələbə və məğlubiyyət sayı bərabər – 56 olan Luçeskunun yetirmələri 707 qol vurub 271-ni buraxıb.

0
0