Premyer Liqada miqrasiya qanunu pozulub
14.09.2011 - 11:09
Premyer Liqada miqrasiya qanunu pozulub
Azərbaycan yığmasının sabiq çalışdırıcısı Vaqif Sadıqovun məşqçilər korpusunda yer aldığı Rusiyanın “Anji” klubunu cəza gözləyir. Apasport.az saytının məlumatına görə, buna səbəb Mahaçqala təmsilçisinin kamerunlu ulduzu Samuel Eto’Odur.

Belə ki, afrikalının Premyer Liqanın “Rostov”la oyunundakı (2:1) çıxışı qanunsuz olub. Rusiya Federal Miqrasiya Xidməti İdarəsi apardığı araşdırmalar sayəsində müəyyənləşdirib ki, “Anji” miqrasiya qanunlarını pozub. Oyunun günü Samuel xarici vətəndaş kimi qeydiyyatdan keçməyibmiş. Artıq məsəldən xəbərdar olan Rusiya futbol qurumları Nizam-İntizam Komitəsinin hansı qərar verəcəyini gözləyir.

Qeyd edək ki, əsasnaməyə uyğun olaraq futbolçunun qanunsuz oynaması üçün kluba pul cəzası və nəticəsi ləğv olunacaq qarşılaşmada texniki məğlubiyyət verilir.