“Millimiz üçün digər məşqçilərin namizədliyi nəzərə alınmır”
14.09.2011 - 11:55
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsrail yığmasının baş məşqçisi ilə bağlı məsələyə gələn ay aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol federasiyasının prezidenti Avi Luzon Avro-2012-nin seçmə mərhələsindən sonra seçim edəcəklərini açıqlayıb.
Cari tsikldə final mərhələsinə çıxmaq şanslarını itirən israillilər hələ ki, növbəti mərhələdə hansı baş məşqçiyə güvənəcəyini bilmir. Lakin Luzon bu vəzifəyə cəmi 2 namizədin olduğunu açıqlayıb: “İndiki baş məşqçi Luis Fernandesin növbəti seçmə mərhələdə də iş başında olmaq şansı var. Lakin əsas namizədimiz Təl-Əviv “Hapoel”inin çalışdırıcısı Eli Qutmandır. Millimiz üçün digər məşqçilərin namizədliyi isə heç nəzərə də alınmır”.

0
0