Çempionlar Liqası tarixinin 5-ci qolu
14.09.2011 - 13:04
Çempionlar Liqası tarixinin 5-ci qolu
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda erkən qol vuran Aleşandre Pato yarışın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, İtaliya “Milan”ının braziliyalı ulduzu artıq 24-cü saniyədə fərqlənməklə, qitənin ən nüfuzlu klub turnirində erkən qol vuran 5-ci futbolçu olub.

“Barselona” ilə İspaniyadakı görüşün 24-cü saniyədəki qol heç klub rekordu üçün də yetərli olmayıb. Belə ki, “Milan”ın rekordu Klarens Zeedorfa məxsusdur. O, 6 il əvvəl, elə indiki kimi sentyabr ayında cəld tərpənib. Zeedorf “Şalke”ni 21-ci saniyədə meydana çıxmağa peşman edib.

Turnirin mütləq rekordu isə digər tanınmış sima Roy Makaya məxsusdur. Hollandiyalı 2007-ci ildə 1/8 finalın “Real”la görüşündə rekorda imza atıb. Almaniya “Bavariya”sının futbolçusu ispaniyalıları artıq 10-cu saniyədə məyus edib.