Aqil Nəbiyev: Belə xal itkilərinə yol verməməliyik
14.09.2011 - 13:32
“Hələlik müalicə olunduğumdan, məşqlərə başlamamışam. Sabahdan fərdi şəkildə hazırlaşacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın kapitanı Aqil Nəbiyev deyib.
Milli komandamızın Qazaxıstanla oyununda meydanı erkən tərk edən müdafiəçi AZAL-ın “Kəpəz”ə məğlub olduğu matçı da buraxmaq məcburiyyətində qalmışdı. Hazırda müalicə prosesi keçən futbolçu qarşıdakı oyunda da forma geyinməyəcək. Zədəsinə gəldikdə, Nəbiyev bunun səbəbini belə izah edib: “Dabanda axilles vətəri deyilən hissə var, problem onunla bağlıdır. Bu da tez-tez fərqli örtüklü meydançalarda oynamağımızla bağlıdır. Həkimlər deyirlər ki, bu, süni örtükdən təbii ot örtüyünə və ya əskinə keçməyin nəticəsidir”.
29 yaşlı oyunçu yaşıl meydanlara gələn həftə dönəcəyini bildirib: “İnter”lə oyunda da iştirak etməycəm. Əvəzində gələn həftədən etibarən komanda ilə birgə hazırlıq keçəcəm”.
Son məğlubiyyətin komandada ab-havanı korladığını bildirən Aqil bu cür vəziyyətdə “İnter” qarşısına çıxmağın çətin olacağını düşünür: “Kəpəz” zəif rəqib deyil. Gəncə futbol ənənəsi olan bölgədir. Ancaq çempionluq uğrunda mübarizə aparırıqsa, belə xal itkilərinə yol verməməliyik. Bu məğlubiyyətdən sonra “İnter”lə oyunda əhval-ruhiyyə yaxşı olmayacaq. Ən azı məğlubiyyətdən nəticə çıxarmalıyıq”.

0
0