Saşa Stamenkoviç: Onların Toni Adams kimi təcrübəli məşqçiləri var
16.09.2011 - 16:52
“Qəbələ” güclü komandadır”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” qapıçısı Saşa Stamenkoviç deyib.
Serb qolkiper klubun rəsmi saytına açıqlamasında “Qəbələ” ilə görüş barədə fikirlərini bildirib. O, rəqibin güclü olmasına baxmayaraq, komandasının qalib gələcəyinə əmindir: “Onların Toni Adams kimi təcrübəli məşqçiləri, güclü futbolçuları var. Lakin bizim heyət daha güclüdür. Buna görə də qalib gələcəyimizə əminəm”.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı sentyabrın 18-də baş tutacaq.

0
0