AFFA mərkəzi görüşləri FİFA hakimlərinə tapşırdı
16.09.2011 - 17:43
AFFA mərkəzi görüşləri FİFA hakimlərinə tapşırdı
Premyer Liqanın VI turu çərçivəsində keçiriləcək oyunları idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, PFL turun mərkəzi oyunlarını FİFA dərəcəli ədalət təmsilçilərinə həvalə edib.

Belə ki, hələ də məğlubiyyət acısı yaşamayan “Xəzər Lənkəran”ın “Qarabağ”la, “Qəbələ”nin isə “Neftçi” ilə səfər görüşlərində baş hakim funksiyasını müvafiq olaraq, Fariz Yusifov və Anar Salmanov yerinə yetirəcəklər.

Digər FİFA referimiz Vüsal Əliyev isə AZAL – “İnter” görüşündə ehtiyat hakim olacaq.

17 sentyabr (şənbə)

AZAL – “İnter”
Hakimlər:
Rövşən Əhmədov, Elman Musayev, Samir Hacıyev, Vüsal Əliyev

“Simurq” – “Kəpəz”
Hakimlər:
Elçin Məmmədov, Nahid Əliyev, Namiq Hüseynov, İnqilab Məmmədov

“Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər:
Fariz Yusifov, Rza Məmmədov, Rahil Ramazanov, Rəhim Həsənov

18 sentyabr (bazar)

“Neftçi” – “Qəbələ”
Hakimlər:
Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Əhmədov

“Turan” – “Bakı”
Hakimlər:
Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Hacıəli Ağayev

“Rəvan” – “Sumqayıt Şəhər”
Hakimlər:
Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev