Dünya idmanında yeni rekord
17.09.2011 - 09:19
Dünya idmanında yeni rekord
İspaniyanın “Real” klubu daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi maliyyə hesabatını açıqlayıb. Sənədə əsasən “Real”ın ötən mövsümkü vəsait dövriyyəsi 8,6 faiz artaraq 480,2 milyon avroya çatıb. Bu, təkcə futbol deyil, bütün idman klubları arasında ən yüksək göstəricidir. Bu rekordun sayəsində “Kral klubu” borclarını 30,6 faiz azaldaraq 169,7 milyon avroya endirib.

Qeyd edək ki, “Real” təkcə teleyayımdan “Barselona” qədər mövsümə 140 milyon avro qazanır. Hərçənd əksər La Liqa komandaları buna görə cəmi 12 milyon əldə edir.