Azərbaycanlı məşqçi üçün Stiven Cerrard
17.09.2011 - 10:00
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun çalışdığı Rusiyanın “Anji” klubu daha bir səs-küylü transfer haqda düşünür. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi indi də İngiltərə “Liverpul”unun kapitanı Stiven Cerrarda göz dikib.
Böyük Britaniya mətbuatı iddia edir ki, 31 yaşlı yarımmüdafiəçini qışda heyətinə qatmaq istəyən rusiyalılar artıq ilkin danışıqlara start verib. Əgər keçid baş tutarsa Cerrard Roberto Karlos və Samuel Eto’Odan sonra Sadıqovla çalışan 3-cü ulduz olacaq.
Qeyd edək ki, Cerrard 2013-cü ilədək müqavilə ilə “Liverpul”a məxsusdur.

0
0