“Devid Bekhem” Azərbaycan – Avstriya oyununa gətirilir
17.09.2011 - 10:48
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığmasında baş verən baş məşqçi istefası Andreas İvanşits üçün düşərli olub. Apasport.az saytının məlumatına görə, Ditmar Konstantininin baş məşqçiliyi dövründə millidən kənar düşən 28 yaşlı hücuma meylli yarımmüdafiəçi yığmaya qaytarılır.
Almaniyanın “Mayns” klubunda çıxış edən İvanşits 2009-cu ilin sentyabrından sonra milliyə dəvət olunmurdu. Vətənindəki populyarlığı, KİV-ə təsiri və azarkeşlər tərəfindən sevilməsinə görə “Avstriyanın Devid Bekhemi” adlandırılan pleymeykerlə Konstantini arasındakı münasibətlər buna imkan vermirdi.
Yığmada 49 oyuna 7 qol vuran, kapitan sarğısını ilk dəfə 19 yaşında qoluna taxan Andreas oktyabrdakı seçmə matçlarda yenidən öz sevimli 10 nömrəsinə qovuşacaq. Azərbaycanla və Qazaxıstanla matçlarda yığmaya rəhbərlik edəcək Villi Rutensteyner onu sərəncamında görmək istəyir. O, futbolçu ilə danışıqlar üçün nümayəndəsini Aımaniyaya göndərib.

0
0