“Top-5”də yalnız 1 yerli futbolçu
17.09.2011 - 11:39
Futbol üzrə Şimali Amerika Liqasının (MLS) ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Los Anceles Qalaksi” klubunda çıxış edən Devid Bekhem çempionatın ən qiymətli futbolçusudur. O, ildə 6,5 milyon dollar maaş alır. Fransalı Tyerri Abri ingiltərəlidən 900 min geri qalır. 3-cü olan meksikalı Rafael Markes isə 4,6 milyon dollar qazanır. 3,4 milyon dollar maaş alan Robbi Kin isə komanda yoldaşı Bekhemdən az qala 2 dəfə geri qalır. Ən bahalı yerli – ABŞ təmsilçisi olan oyunçusu isə Lendon Donovandır – 2,3 milyon. O, ümumi siyahıda 5-cidir.
0
0