Avstriya Futbol Federasiyasının prezidenti baş məşqçi haqda danışmaq istəmir
17.09.2011 - 12:31
Avstriya Futbol Federasiyasının prezidenti baş məşqçi haqda danışmaq istəmir
“Milli komandanın baş məşqçisi ilə bağlı yekun qərar verməmişik. Hələlik əlimizdə olan namizədlər siyahısına əsasən danışıqlar, müzakirələr aparırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya Futbol Federasiyasının prezidenti Leo Vindtner deyib.

Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan mərkəzi avropalılar Ditmar Konstantininin istefasından sonra baş məşqçisiz qalıb. Vindtner baş məşqçi postuna Franko Fodanın gələcəyinin dəqiqləşməsi haqda yayılan xəbərlərə münasibət bildirib: “Bizim namizədlərimiz var. Onların heç biri haqda danışmaq istəmirəm. Noyabrın 15-də Ukrayna ilə keçirəcəyimiz yoxlama matçına kimi qərar verəcəyik. Hələlik heç nə açıqlamırıq. İndi yığma müvəqqəti Villi Ruttensteynerə tapşırılıb”.

Qeyd edək ki, Avstriya yığması oktyabrın 7-də millimizin qonağı olacaq.