“Trabzonspor”un qapıçısı Messini xeyli geridə qoydu
17.09.2011 - 12:45
Türkiyənin “Trabzonspor” komandasının qapıçısı Tolqa Zəngin Çempionlar Liqasında ilk turun ən yaxşı futbolçusu seçilib. Lent.az-ın məlumatına görə, “La Gazzetta dello Sport” qəzetinin keçirdiyi sorğuda 28 yaşlı qolkiper 10966 səs yığıb. Bununla da Tolqa dünyanın ən yaxşı futbolçusu sayılan Lionel Messini böyük fərqlə geridə qoyub. İspaniyanın “Barselona” klubunun argentinalı ulduzu cəmi 2779 səs toplayıb. Sonrakı yerləri İtaliya “Napoli”sinin uruqvaylı hücumçusu Edinson Kavani (2270), “Barselona”ya 24-cü saniyədə qol vuran “Milan”ın braziliyalı forvardı Aleşandro Pato (2094), “Mançester Yunayted”in veteranı Rayan Giqqz (780) tutub.
İtaliyalılar Tolqanın “İnter”lə səfər matçında 3 möcüzəvi qurtarışla “Trabzonspor”un qələbəsində böyük rol oynadığını vurğulayaraq, türkiyəli qapıçıya səs yağdırıblar. Onun komandasını xilas etdiyi epizodlar isə İtaliya telekanallarında tez-tez ekranlara gətirilib.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0